Ermənistanın Baş naziri Nikol Paşinyan “Daily Telegraph” qəzetinə müsahibəsində vurğulayıb ki, Yerevan heç vaxt Şimali Atlantika Təşkilatına üzv ola biləcəyini müzakirə etməyib.
O, əlavə edib: “Məsələ bizim müzakirə etdiyimiz və ya məsləhətləşmə aparmağımız deyil; Ermənistanda müttəfiqliyə əsaslanan strategiyanın bizim uzunmüddətli maraqlarımıza uyğun olub-olmaması ilə bağlı mübahisələr gedir. İrəvan Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik bloku olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük məsələsinə yenidən baxa bilər.
Bu müsahibədə Paşinyan 2022-ci ildə CNN-ə müsahibəsində verdiyi açıqlamalara istinad edərək, Ukrayna məsələsində Ermənistanın Rusiyanın müttəfiqi olmadığını vurğulayıb.
Paşinyan əlavə edib: “Bu, faktdır, amma icazə verin, Amerika, Fransa və digər tərəfdaşlarımız haqqında da danışım. Bizim təhlükəsizlik əməkdaşlığımız digər təhlükəsizlik tərəfdaşlarımızın heç birinə qarşı deyil. Tərəfdaşlarımız onlarla münasibətlərdən narahat ola bilərlər. Bu, şəffaf şəkildə onlarla müzakirə edərək, ünsiyyət quraraq idarə etməyə çalışdığımız bir məsələdir.”
Vladimir Putinin Ermənistana səfər edəcəyi təqdirdə həbs ediləcəyi ilə bağlı sualı cavablandıran Paşinyan deyib: “Mənim kimisə həbs etməyə və ya həbs etməməyə səlahiyyətim yoxdur.”
Ermənistanın Baş naziri deyib: “2018-ci ildən sonra Ermənistanda geniş demokratik islahatlar aparılıb. Kimi həbs edib-etməməklə bağlı mən qərar vermirəm.”
Sizin rəyiniz